Dadaş Xoca oğlu Bünyadzadə — Azərbaycan SSR-in görkəmli dövlət xadimi, 1930-1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri. 1930-1932-ci illərdə D.Bünyadzadə Azərbaycan SSR-in ən yüksək vəzifələrindən birini Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutmuşdur. O, bu yüksək vəzifədə Azərbaycan neft sənayesinin, maşınqayırma və metallurgiyasının, kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı, fəhlə və kəndlilərin vəziyyətinin yaxşılaşdırılması sahəsində xeyli əmək sərf etmişdir. D.Bünyadzadə repressiyaya məruz qalmış və 1938-ci ildə həbs edilib güllələnmişdir.