Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi filmlər bəxş etmişdir.