Bəsti Bağırova(1905, Bağçakürd kəndi, Goranboy – 27 fevral 1962-ci il, Bağçakürd kəndi, Goranboy) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950) olmuşdur.1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur[1]. 1930-33-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B.Bağırova adına) kolxozunun kolxozçusu, 1933-1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953-62-ci illərdə sədri olmuşdur.AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I-III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir.Bakı Ali Partiya Məktəbini bitirmişdir(1952).Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.