Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi  21 iyun 1794, Əmircan, Bakı xanlığı – ö. 31 may 1847, Məkkə) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.
XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.