Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda daha bir həyət təmir edildi 

24 iyun 2022 | 13:21

İyunun 24-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1, Dadaş Bünyadzadə kücəsi 3 və 4 ünvanında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə müxtəlif idman qurğuları, uşaq meydançaları və şahmat meydançası salınıb. Eyni zamanda, ərazidə söhbətgahlar, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri,müşahidə kameraları quraşdırılıb, binaların fasadvə blokları tam təmir olunub, elektrik sistemi, qaz, su və istilik xəttləri yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 100 ədədə qədər müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, yaşıllıq zolağı salınıb, daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.

 

Keçidlər