Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Yeni ilə hazırlıq işləri gedir

22 dekabr 2022 | 14:17
Azərbaycana Yeni ilin gəlməsi ilə əlaqədar ölkənin paytaxtı artıq bu sevimli bayramı qarşılamağa hazırlaşır. Küçə və meydanlar parlaq və rəngarəng Yeni il işıqlarına qərq olunmuşdur.
Yeni il ərəfəsində Bakının hər tərəfi yeni rənglərə bürünüb - mərkəzi prospektlər və meydanlar parlaq işıq tabloları, yeni il simvolları və əlbəttə ki, bayramın əsas atributu olan yolkalarla bəzədilib.
Eyni zamanda, Yasamal rayonunda da böyüklərin və uşaqların sevimli bayram günlərində ən çox gəzməyə çıxdıqları yerlərdə, parklarda və xiyabanlarda, müxtəlif yolkalar bəzədilib, əsl nağılvari mənzərə yaradılıb, işıq tabloları, parlaq fiqurlar və digər Yeni il atributları quraşdırılıb. Rayonun müxtəlif yerlərində mağazaların vitrinlərinin bayramsayağı bəzədilməsi, Yeni ilin yaxınlaşmasından xəbər verir.
 
 
 
 
 
 
Keçidlər