Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda genişmiqyaslı agacəkmə aksiyası keçirilib

17 mart 2023 | 13:29

Ölkəmizdə qeyd edilən “Heydər Əliyev ili” çərçivəsində bu gün Yasamal Bələdiyyəsi rəhbərliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və şəhid ailələrinin iştirakı ilə agacəkmə aksiyası keçirilib. Yüzlərlə agacın əkildiyi aksiya zamanı Eldar şamı, sərv, tuya, akasiya və digər növ ağaclar əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiya ikinci Fəxri Xiyabanın ərazisində baş tutub. Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər