Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda abadlıq və təmizlik işləri yeni mərhələyə daxil olub

22 aprel 2022 | 13:20

Yaz-yay mövsümünə hazırlıq məqsədilə Yasamal rayonunda başlamış abadlıq və təmizlik işləri yeni mərhələyə daxil olub.

Yasamal Rayon İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Yasamal Bələdiyyəsinin əməkdaşları ilə birgə rayonun ayrı-ayrı küçələrində gündəlik aparılan abadlıq və təmizlik işlərinə yüzlərlə əməkdaş və xüsusi texnika cəlb edilib. Parklarda əkilən ağaclar suvarılır və tullantılar daşınır.

Yasamal rayonu kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin,  park və istirahət yerlərində oturacaqların yuyulması və təmiri həyata keçirilib.

Prospekt və küçələr boyunca yerləşən ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları  yuyulub və təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər.

Əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.Yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında isə təmizlik işləri görülüb.

Bununla paralel şəkildə Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında təmizləmə və abadlıq işləri də aparılır.Göl ətrafında ekoloji durumu yaxşılaşdırmaq üçün ərazi Yasamal Rayon İcra Hakimiyyəti və MKTB tərəfindən nəzarətə götürülüb.Ərazidə xüsusi texnika işləyir.

Bundan başqa Yasamal rayonunun bir sıra küçələri, o cümlədən Naxçıvani küçəsi əsaslı şəkildə təmir edilib. Burada yenidənqurma və abadlıq işləri aparılıb. Ərazidəki binalar boyanıb, təhlükə yarada biləcək agaclar budanıb. Eyni zamanda ərazidə avtomobillər üçün xüsusi parklanma məkanları da yaradılıb.Küçə müasir görkəmdə Yasamal sakinlərinin istifadəsinə verilib.

Keçidlər