Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu ümumşəhər iməciliyində fəal iştirak edib

04 mart 2023 | 12:11

Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə keçirilən ümumşəhər iməciliyində Yasamal rayonu da fəal iştirak edib.

İməcilik zamanı MKTB və xidmət sahələrinin əməkdaşları prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, mağaza vitrinləri, köşklər və dayanacaqlarda təmizlik-abadlıq işləri görüblər, ağaclar və yaşıllıqlara qulluq edilib, qurumuş ağaclar isə budanıb. Həyət və məhəllələr təmizlənib.

Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, Yasamal sakinləri bu iməcilikdə fəal iştirak edib, yerli sahibkarlar və özəl sektorda çalışanlar onlara aid ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak ediblər.

Keçidlər