Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Parkı ziyarət edilib

27 sentyabr 2023 | 20:24

Sentyabrın 27-də - Anım Günündə Yasamal Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin kollektivləri Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar. Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və aparat əməkdaşları ərazidə davam edən inşaat işləri ilə tanış olublar.

Keçidlər