Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü Yasamal rayonunda qeyd edilib

08 noyabr 2023 | 14:24

8 noyabr Zəfər Gününün üçüncü ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Ülvi Quliyev, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Yasamal Bələdiyyəsinin sədri və üzvləri, şəhidlərimizin ailə üzvləri və qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif dövlət qurumlarının, Yeni Azərbaycan Partiyasının fəalları, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Ilk öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib gül dəstələri qoydular. Daha sonra mərasim iştirakçıları 2-ci Fəxri Xiyabana baş çəkərək Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhlarına dualar oxundu, xatirələri ehtiramla yad edildi.

Şəhidlərimizin ailə üzvləri onların xatirəsinə göstərilən dövlət səviyyəsindəki yüksək diqqətə görə cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə xüsusi minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər