Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamalda İcra Hakimiyyətinin başçısı və millət vəkili sakinlər ilə görüşdü

22 dekabr 2022 | 18:51

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Milli Məclisin deputatı Səbinə Xasayeva ilə birgə şəkildə sakinlərin problemlərini bilavasitə öyrənib operativ həll etmək məqsədilə səyyar qəbul keçiriblər. Qəbul Yeni Yasamal yaşayış massivindəki 308 saylı orta məktəbin akt zalında baş tutdu. Qəbulda həmçinin RİH Başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Elşad Həsənov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, görülən tədbirlər əhalinin həyat standartlarının yaxşılaşdırılmasına yönəlib.

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənildi. Yasamal sakinləri binaların istiliklə, daimi su ilə təminatı, yaşıllıqlara qulluq və bir sıra sosial məsələlər qaldırdılar. Səmimi şəraitdə və canlı dialoq formatında keçən qəbulda Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səsləndirdikləri məsələlərin həllinə dair konkret tapşırıqlar verdi.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının əhali ilə görüşləri davam edir.

Keçidlər