Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal RİH-də Müəllimlər Günü qeyd edilib

05 oktyabr 2022 | 18:26

Yasamal Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər  Gününə  həsr olunan  tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan Yasamal  Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov müəllimləri təbrik etdi və bildirdi ki, 5 oktyabr – Beynəlxalq  Müəllimlər  Günü qlobal miqyasda qeyd edilir.

Elşad Həsənov Ümummilli liderimiz Heydər Əliyevin "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırlatdı.Qeyd olundu ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı və diqqət göstərir.  Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 20 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu isə,  məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir.

Bildirildi ki, Azərbaycanda hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası yenilənir. Bu gün cəmiyyətdə layiqli yer tutmağın əsas amillərindən  biri də təhsildir.Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz sizin əməyinizin yetirmələridir. 

Tədbirdə çıxış edən Yasamal  Rayon İcra Hakimiyyəti  başçısının  müavini  Təravət  Muradova Yasamal rayonunda yerləşən təhsil ocaqlarının uğurlarından söz aşdı.Öz növbəsində Yasamal rayonun təhsil ocaqlarının nümayəndələri onlara verilən diqqətə görə Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirdilər. Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə fəxri fərmanlar təqdim edildi.

Keçidlər