Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal RİH-də maarifləndirici təlim keçirilib

31 may 2023 | 14:29

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Hüquq və İnsan haqları institutunun birgə təşkilatçılığı ilə bu gün Yasamal rayon icra hakimiyyətinin əməkdaşları üçün maarifləndirici təlim keçirilib.Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoyuldu. Daha sonra isə Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Təlimdə “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış”, “Sosial mediada məsuliyyət” və digər mövzular üstülük təşkil edib. Təlim iştirakçılarına uğurlar arzu edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” sözlərini xatırlatdı və hər bir dövlət qulluqçusunun bu prinsipi rəhbər tutmalı oldğunu vurğuladı. İcra başçısı sakinlərin müraciət və şikayətlərinə baxılması, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydaları, sosial media və digər məqamlarla baglı geniş məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq yerli icra hakimiyyətlərində, o cümlədən Yasamal rayon icra hakimiyyətində, mütəmadi qaydada sakinlərlə görüşlər keçirilir. Möhtərəm cənab Prezident İlham Əliyevin:”Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikiri xatırladıldı.

Bildirildi ki, Yasamal RİH tərəfindən hər həftə iki dəfə qəbul keçirilir. Elə 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.

Daha sorna söz alan Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimləri barədə məlumat verdi və onun əhəmiyyəti barədə danışdı. Yasamal RİH aparatı əməkdaşlarının iştirak etdiyi tədbir konkret mövzulara aid təlimlərlə öz işini davam etdirdi.Təlim yekunlarına əsasən iştirakçılara sertfikatlar təqdim edildi.

Keçidlər