Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Xocalı soyqırımının qurbanlarını yad edib

23 fevral 2023 | 15:11

Xocalı soyqırımın 31-ci ildönümü ilə əlaqədar bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə xatirə tədbiri keçirilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himni səsləndirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə Xocalı soyqırımından bəhs edən filmin baxışı keçirildi. Qısametrajlı film erməni cəlladlarının dinc Azərbaycanlı əhali üzərində törətdikləri insanlıq faciənin bütün aspektlərinə işıq salır. Xatirə tədbirində geniş nitqlə çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov Xocalı soyqırımı baş verən zaman Azərbaycandakı daxili vəziyyət və beynəlxalq durumdan danışdı. Millət vəkili Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən agır soyqırım cinayətlərindən biri olduğunu vurğuladı. Azərbaycan xalqı heç zaman 1992-ci ildə Xocalıda baş verən insanlıq facəsini unutmayacaq və bu qanlı hadisənin beynəlxalq səviyyədə daha geniş miqyasda tanınması üçün səylərini davam etdirəcək.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş bədii kompozisiya ilə başa çatdı. Tədbir çərçivəsində əslən Xocalıdan olan şəxslərə sovqatlar paylanıldı.

Keçidlər