Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Vətən müharibəsinin şəhidini yad edib

18 oktyabr 2022 | 13:38

2020-ci ilin Vətən müharibəsinin ildönümündə Yasamal rayonunun ictimaiyyəti şəhidlərin əziz xatirəsini yad edir. Bu gün Yasamal rayon ictimaiyyəti 2-ci Fəxri Xiyabanda şəhid Feyruz Hacılının məzarını ziyarət edib.Dövlət himni səsləndirilib, şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri qoyulub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov mərasimdə şəhidin valideynlərinə rayon ictimaiyyəti adından dərin hüznlə başsaglığı verdi. İcra başçısı şəhid ailələrinin problem və qaygılarının hər zaman yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olduğunu vurğuladı. Bildirildi ki, şəhid ailələrinə diqqət cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mühüm hissəsidir və bu siyasət yerlərdə ardıcıl şəkildə icra olunur.

Feyruz Hacılı 3 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olmuşdur. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 17-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Şəhid Hacılı Feyruz Bəhruz oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda” medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda"medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər