Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" adlı tədbir keçirilib

03 may 2023 | 18:35

Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.Tədbir iştirakçıları YAP rayon təşkilatının qərargahında Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, daha sonra isə xalqımızın Ümummilli liderinin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Dövlət himni səsləndirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, ali məktəb rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbirdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalıq qarşısında misilsiz xidmətlərini yada saldı.

Tədbirdə geniş nitqlə çıxış edən Ulu Öndərin Prezident katibliyinin rəisi Dilarə Seyidzadə və YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov onunla baglı şəxsi xatirələri il bölüşdülər. Natiqlər Ulu Öndərin yüksək şəxsi keyfiyyətləri, işgüzarlığı və dövlətçiliyə sədaqəti barədə ətraflı danışdılar. Ulu Öndərin müdrik kəlamları və ifadələri tədbr iştirakçılarının nəzərinə çatdırıldı.

Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər