Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti şəhid hərbçini yad edib

21 noyabr 2022 | 17:09

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi Rəşad Mikayılzadənin xatirəsi yad edilib. Məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailəsinə dərin hüznlə başsaglığı verdi. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid aiələlərinə diqqət və qayğı ilə yanaşmaq tapşırığı yerlərdə ardıcıl icra edilir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 8 noyabr tarixi Zəfərin cənab Prezident İlham Əliyevin parlaq hərbi və siyasi strategiyası sayəsində mümkün olduğunu vurğuladı.

Öz növbəsində şəhid ailəsi mənəvi və maddi dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.

Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunda anadan olmuşdur. O, orta təhsilini 240 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra  Sumqayıt Dövlət Universitetində ali təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra Qazax rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Mikayılzadə Rəşad İlham oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı,"Vətən uğrunda" medalı  və  "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur

Keçidlər