Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti aprel şəhidlərini yad edib

04 aprel 2023 | 13:47

Yasamal rayonunun ictimaiyyəti  2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçularının əziz xatirəsini yad edib. Bununla əlaqədar İkinci Fəxri Xiyabanda və Xocahəsən qəbirstanlığında anım mərasimləri keçirilib. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhidlərin məzarı önünə gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə dərin hüznlə başsaglığı verdi.Öz növbəsində şəhid ailəsinin üzvləri diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdilər.

Mərasimdə qeyd olundu ki, aprel döyüşlərindəki qələbə Azərbaycan xalqının mübarizliyini, Milli Ordumuzun gücünün təntənəsini ortaya qoydu. Aprel döyüşlərindəki bu zəfər igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu açıq şəkildə sübut etdi.

Keçidlər