Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti akademik Zərifə Əliyevanı yad edir

27 aprel 2023 | 15:26

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı məzarını ziyarət edib və dərin ehtiramını bildiriblər. Burada rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanı yad edib, gül dəstələri qoyublar. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev, akademik Zərifə Əliyeva və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra isə Zərifə xanım Əliyeva haqqında film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Zərifə xanım Əliyeva  bütün elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda qayğıkeş ana, Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Daha sonra çıxış edən millət vəkili Emin Hacıyev, professor İradə Hüseynova, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və digər natiqlər  akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, onun elmi fəaliyyəti və tədqiqatlarından danışdılar.Qeyd olundu ki, Zərifə xanım Əliyeva bütün ömrünü Azərbaycan elminin inkişafına, yüksək milli fundamental dəyərlərin formalaşmasına sərf edib. Dünya oftalmologiya elminin nəhəngləri Zərifə xanım Əliyevanı bu sahədə əvəzolunmaz alim kimi dəyərləndiriblər.

Keçidlər