Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun icra başçısı sakinləri qəbul edib

23 yanvar 2023 | 12:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər qəbul edilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlərlə qurumun inzibati binasında görüşüb. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Söz alan Yasamal rayonunun sakinləri sosial yardım,  mənzil kirayə haqqının ödənişi, avtoyuma məntəqələrinin fəaliyyətinin sakinlər üçün yaratdığı problemlər, qonşular arasında tikintiyə dair mübahisələr, rayon ərazisində istismar müddəti bitmiş yaşayış binalarının söküntüsü, qaraj tikintisi üçün sənədləşmə  və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər