Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda YAP-ın yaranma yubilieyi qeyd edilir

15 oktyabr 2022 | 15:12

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyi ilə əlaqədar Yasamal rayonunda mini futbol turniri start götürüb.Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev turnirin keçirilməsinə verilən dəstəyə görə təşkilatçılara təşəkkürünü bildridi. Daha sonra tədbir iştirakçıları qarşısında nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki,Yeni Azərbaycan Partiyası müasir Azərbaycan tarixində xüsusi yeri olan bir siyasi təşkilatdır. 1992-ci ildə YAP yarananda müxalif partiya kimi fəaliyyətə başlamış, lakin Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdandan sonra hakim partiyaya çevrilmişdi. Heydər Əliyev tərəfindən əsası qoyulan hərtərəfli inkişaf siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Azərbaycan gənclərinə böyük etimad və inam var.Cənab Prezident İham Əliyev bildirmişdir ki, onun hakimiyyəti dövründə yetişən gənclər Qarabağı azad etdilər.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz 2020-ci ildə Qarabağda tarixi Qələbə qazandılar.

Bildirildi ki, bizim idmançılar beynəxalq tədbirlərdə hər zaman Azərbaycan bayrağını uca tutublar. İdman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən biri olub. Beynəlxalq aləmdə idman ölkəsi kimi tanınan Azərbaycanın son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev turnir iştirakçılarına uğurlar arzu etdi və gənclər arasında idmanın təbliğinin vacibliyindən danışdı.

Daha sonra isə Nərimanov və Qaradag, həmçinin Yasamal və Binəqədi komandaları arasında oyunlar keçirildi. Mini-futbol turniri davam edir.

Keçidlər