Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən müharibəsinin şəhidləri yad edilib

25 oktyabr 2022 | 18:01

Bu gün Yasamal rayonunun ictimaiyyət nümayəndələri Vətən müharibəsinin hərbçi şəhidləri Xəyal Balakişiyev və Teymur Həsənovun məzarlarını ziyarət ediblər. Şəhid məzarları önünə gül dəstələri qoyulub,  ruhlarına dualar oxunub. Anım mərasimində iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin yaxınlarına başsaglığı verdi, səbr dilədi. Şəhid ailəsinin üzvləri hərbiçilərimizin xatirəsinə göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlığını bildirdilər.

Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur.O, orta təhsilini 175 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Ağdam rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Xəyal Balakişiyev Müseyb oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən Uğrunda” medalı, və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Teymur Həsənov 3 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 153 nömrəli tam orta məktəbdə almışdır. Goranboy rayon N saylı hərbi hissədə xidmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin 25 oktyabr tarixində şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi. İki övladı var.Həsənov Teymur Mahal oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına uğrunda" medalı və "Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər