Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən müharibəsinin şəhidi yad edilib

08 avqust 2022 | 17:39

Bu gün Vətən müharibəsinin şəhidi Hüseyn Tağıyevin xatirəsi onun 2-ci Fəxri Xiyabandakı məzarı önündə yad edib. Anım mərasmində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal RİH aparatının məsul əməkdaşları,şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hüseyn Tağıyev 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və oktyabr ayının 5-də şəhidlik zirvəsinə ucalmışdır.

Tağıyev Hüseyn Oktay oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və  "Füzulinin azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.

Tədbirdə bildirildi ki, bütün şəhidlərimizin ruhu indi şaddır, çünki Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi və bu gün Şuşa və digər torpaqlarımızda bayrağımız dalgalanır. Mərasimdə şəhidin şərəfli döyüş yolundan söz açıldı, şəhid anası Mətanət Tağıyeva diqqət və ğayğıya görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildrdi.

Keçidlər