Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi barədə kitab təqdim edilib

10 oktyabr 2022 | 18:54

Bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin şəhidi Nurlan Mustafayevin xatirəsinə həsr edilişmiş kitabın təqdimatı keçirilib.Tədbirdə yeni nəşr barədə məlumat verildi, daha sonra isə şəhidə həsr edilmiş filmə baxış keçirildi.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov vurğuladı ki, Nurlan Mustafayev və bütün digər şəhidlərimiz əbədi olaraq xalqımızın qan yaddaşında yaşayacaqlar. Elşad Həsənov şəhidin anasına qəhrəman övlad böyütdüyünə görə dərin minnətdarlığını bildirdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı 2020-ci ildə tarixi Zəfərin qazanılmasında  müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, şəhid və qazilərimizə ömrümüzün sonuna kimi borclu olduğumuzu qeyd etdi.

Daha sonra çıxış edən millət vəkilləri Ülvi Quliyev,Səbinə Xasayeva,Məlahət İbrahimqızı, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər şəhidlik zirvəsinin müqəddəsliyindən söz açdılar.Tədbirdə çıxış edən şəhid anası Rəhilə xanım ailələrinə verilən diqqət və dəstəyə görə dərin minnətdarlığını bildirdi.

Nurlan Mustafayev 22 iyul 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini  159 saylı məktəbdə almışdır.Daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. Ali hərbi təhsilini Almaniyada almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 11-də şəhidlik zirvəsinə ucalmışdır.Mustafayev Nurlan Hamlet oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ,"Vətən uğrunda" medalı,"Füzulinin azad olunması uğrunda" medalı,"Cəbrayılın azad olunması uğrunda" medalı  və "Kəlbəcərin azad olunması uğrunda"  medalı ilə təltif edilmişdir.

Keçidlər