Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ulu Öndərin xatirəsi əziz tutulur

31 oktyabr 2023 | 18:24

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” adlı rayon konfransı keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi, Dövlət Himni səsləndirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər rəsmi və ictimai şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Ulu Öndərin bir tarixi şəxsiyyət kimi Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışdı.Təravət Muradova  qeyd etdi ki, Azərbaycan dövlətinin təşəkkül və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu Öndər Azərbaycanın müasir tarixinin şanlı səhifəsini açmışdır.

Tədbir çərçivəsində  Ulu Öndərə həsr edilmiş sənədli filmə baxış keçirildi.

Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev Ulu Öndərin tarixi xidmətlərindən danışdı. Qeyd olundu ki, biz Heydər Əliyev irsini öyrənməli və gələcək nəsillərə ötürməliyik.Bildirildi ki, bütün tarixi mərhələlərdə Ulu Öndər hər zaman Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutub.

Tədbrin sonunda bir qrup gəncə məhsuldar fəaliyyətlərinə görə könüllülük sertifikatları təqdim edildi.

Keçidlər