Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ulu Öndərin hakimiyyətə gəlişinin ildönümü qeyd edilib

14 iyul 2022 | 15:10

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin ildönümü münasibətilə tədbir keçirilib.Tədbir əvvəli iştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri qoydular, daha sonra isə onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbir Ulu Öndərin fəaliyyətindən bəhs edən sənədli filmə baxışla başladı. Daha sonra çıxış edən natiqlər, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Jalə Əhmədova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Mərkəzi Elmi Kitabxananın baş direktoru Məmməd Əliyev Ulu Öndərin müxtəlif tarixi dövrlərdəki fəaliyyətindən danışdılar. Qeyd olundu ki, 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi xalqımızın taleyində tarixi bir gün oldu.

Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə vurğuladı ki, Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən birinci hakimiyyəti dövründə Azərbaycanda misilsiz işlər görüldü : Azərbaycan inkişaf etmiş sənaye respublikasına çevrildi. İnsanların həyat səviyyəsi sürətlə artdı və  Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  bildirdi ki, o illərin digər mühüm nailiyyəti milli kadr hazırlığıdır.Minlərlə gənc Azərbaycanda və ondan kənarda ali məktəblərə daxil oldu.Naxçivanski adına hərbi məktəb açıldı.Məhz bu hərbi kadrlar sonradan Birinci və İkinci Qarabağ müharibələrində öndə gedən əsgərlərimiz oldu.

O zaman Ulu Öndər öz cəsarətli fəaliyyəti ilə milli şüurumuza da sanki nəfəs verdi. 1969-cu ildə BDU-nun yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi. Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev tədbirdə iştirak etdi və ana dilində nitq söylədi.O zaman üçün bu, böyük cəsarət və vətənpərvərlik tələb edən bir addım idi. Bu çıxış, bütün Azərbaycan cəmiyyətində milli ruha təkan verdi. Bütün bu fəaliyyəti ilə Ulu Öndər sanki Azərbaycanı müstəqilliyə hazırlayırdı.

1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan yenidən müstəqillik qazandı. Amma erməni təcavüzü, iqtisadi böhran, daxili anarxiya müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı.Məhz buna görə biz 15 iyunda Milli Qurtuluş gününü qeyd edirik.Bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə zəfərə aparır. Neçə ki, iki il öncə biz Qarabagda tarixi Zəfər qazandıq.

Tədbir bədii hissə ilə başa çatdı. 

Keçidlər