Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ulu Öndərin 100 illik yubileyi qeyd edilir

08 may 2023 | 11:49

Yasamal rayonunda yerləşən XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr edilmiş "Əbədi zirvə" adlı tədbir keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş tədbirin əsas məqsədi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin şanlı tariximizdəki əbədi və dəyişməz rolunu bir daha şagirdlərə aşılamaq, Azərbaycan dövlətçiliyinin bərpasında Ulu Öndərin gördüyü misilsiz işləri xatırlamaq və dəyərli şəxsiyyətin ölməz xatirəsini yad etmək idi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış etdi. Elşad Həsənov Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqı qarşısında xidmətlərindən söhbət açdı. Qeyd olundu ki, Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev özünün  idarəçilik bacarığı, iradəsi və vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük tərəqqiyə nail olmuşdur.1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı və müstəqilliyimizi qorudu.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir və Azərbaycan xalqı cənab Prezidnetin siyasətini birmənalı dəstəkləyir.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər Ulu Öndərin keçidiyi həyat yolu, xalq və dövlət qarşısında tarixi xidmətləri barədə danışdılar, indiki və gələcək nəsillərin Heydər Əliyev irsini hər zaman xatırlamalı olduğunu bildirdilər.

Keçidlər