Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda təbii qazdan istifadəyə dair monitorinqlər keçiril

14 aprel 2022 | 12:31

Yasamal rayonunda məsul şəxslərdən ibarət xüsusi qruplar  ictimai iaşə obyeklərində monitorinqlər aparırlar. Yasamal rayon İcra Hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi, FHN və digər müvafiq qurumların nümayəndələrindən ibarət bu qrupların məqsədi bu obyektlərdə vəziyyəti yerində öyrənmək, gələcəkdə baş verə biləcək fövqaladə hadisələrin qarşısının alınması və sahibkarların maarifləndirilməsidir.

Ekspert və rəsmilər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçililib,  qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin  vəziyyəti araşdırılıb.Bəzi obyektlərin qaz xəttlərində aşkar edilən nöqsanlar sahibkarların nəzərinə çatdırıldı və onların aradan qaldırılması üzrə dərhal müvafiq işlər başlanıldı. Eyni zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi ilə bağlı obyektlərin işçiləri ilə maarifləndirici söhbətlər aparıldı.

Keçidlər