Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Şuşa ili” qeyd edildi

09 dekabr 2022 | 22:10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamına əsasən paytaxtın Yasamal rayonunda təntənəli qeyd edilib. Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan” tamaşasına rayon ictimaiyyətin baxışı təşkil edilib. Baxışda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Öncə qonaqlar və rayon ictimaiyyəti Akademik Milli Dram Teatrının foyesində hazırlanmış Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət gimnaziyasının “Şuşa ilinə” həsr olunmuş, eləcə də Xurşidbanu Natəvanın geyimlərini əks etdirən əl işlərindən ibarət sərgisi ilə tanış olublar.

Tamaşa xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yaradıcılıq işinin premyerasıdır. Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb.Əsərdə Natəvanı həm doğma Şuşanın, həm bütövlükdə Azərbaycanın taleyi narahat edir. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.

“Xurşidbanu Natəvan” tamaşasının premyerası, eləcə də yaradıcı heyətin çıxışları böyük maraq və anşlaqla qarşılandı.

Keçidlər