Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid hərbiçi anılıb

03 sentyabr 2022 | 12:56

Azərbaycan silahlı qüvvələrinin şəhid hərbi qulluqçusu Elşən Müslümovun xatirəsi  dövlət rəsmiləri və yaxınları tərəfidən yad edilib. Bununla əlaqədar İkinci Fəxri Xiyabanda şəhidin doğum gününün ildönümünə həsr edilmiş mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Ramin Şükürov, şəhid ailəsinin üzvləri, qazilər və Yasamal və Abşeron rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Dövlət himni səsləndirildi və şəhidin ruhuna dualar oxundu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçumuzun fədakarlığından və döyüş yolundan söhbət açıldı.Çıxış edənlər şəhidimizin həyat yolundan danışdılar, onu yeni nəsil üçün parlaq vətənpərvərlik örnəyi adlandırdılar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidın yaxınlarına başsağlığı verdi və şəhid ailəsinin gündəlik qayğı və problemləri ilə maraqlandı.Öz növbəsində şəhid yaxınları Azərbaycan Prezidenti cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirdilər.

Müslümov Elşən Habil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda” medalı,"Suqovuşanın azad olunması uğrunda" medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Keçidlər