Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid hərbi qulluqçumuz yad edilib

12 may 2023 | 15:27

Bu gün Yasamal rayonu 150 saylı tam orta məktəbdə bu təhsil ocağının adını daşıdığı şəhid Faiq Rzayevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin yaxınları, məktəb kollektivi və ictimaiyyət nümayəndləri iştirak etdilər.

Azərbaycan silahlı qüvvələrinin hərbçisi Faiq Rzayev Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. O, 1994-cü ildə Cəbrayıl rayonun Cocuq Mərcanlı qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Yasamal rayonu 150 saylı orta ümumtəhsil məktəbinə onun məzunu Faiq Rzayevin adı verilmişdir.Tədbir iştirakçıları məktəbin qarşısında  şəhidin büstünün önünə gül dəsətləri qoydular, xatirəsini yad etdilər.

Tədbirdə məktəbin direktoru Pərvanə Səfərova çıxış etdi və qeyd etdi ki, şəhid ruhu müqəddəsdir, o ən uca zirvədə dayanan bir hörmətə layiqdir.Sonra tədbir iştirakçıları şəhidə həsr edilmiş xatirə güşəsinə baxış keçirdilər.Xatirə fotosu çəkildi.Anım tədbiri məktəb kollektivinin ifasında şəhidlərə həsr edilmiş bədii hissə ilə tamamlandı.

Keçidlər