Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid ailələrinə medallar təqdim edilib

28 yanvar 2023 | 17:40

2020-ci ilin Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun ailələrinə  ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" medalı təqdim edilib.

Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin 5 noyabr 2022-ci il tarixli müvafiq Sərəncamı barədə məlumat verildi.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin Vətənə, dövlətə sədaqət nümunələri göstərdiyini, hərb tarixinə parlaq səhifələr yazdığını vurğulayıb. Elşad Həsənov medalları şəhidlərin ailələrinə təqdim edib.

Teymur Abbasov, Feyruz Hacılı, Teymur Həsənov, Elvin İslamov və İsmayıl Qasımovun ailə üzvləri və yaxınları medalları qəbul etdilər.
Əsgər valideynləri göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Mərasimin sonunda şəhid ailələrinə sosial dəstək və şəhid adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər barədə fikir mübadiləsi aparıldı.

Keçidlər