Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Şahin” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb

20 aprel 2022 | 12:57

Yasamal Rayon İcra Hakimiyyətində “Şahin” hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Tədbirdən öncə iştirakçılar Yasamal rayonu şəhidlərinin xaritəsinə ucaldılmış abidə kompleksini ziyarət edib şəhidləri yad etdilər.Mükafatlandırma tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Azərbaycan silahlı qüvvələrinin təlim-tədris mərkəzinin rəis müavini Vidadi Cahangirov, Yasamal rayon məktəblərin kollektivi iştirak ediblər.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Şahin" hərbi-idman oyunu X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli layihələrdən biridir. Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışında “Şahin” hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyi qaliblərini təbrik edərək vurğuladı ki, ölkmizi müdafiə etməyə hazır olan hər bir gənc bizim üçün dəyərlidir. Bu oyunlar həm ordumuza dəstəkdir, həm də idmanımıza. Cənab Prezident İlham Əliyev həm idmanın inkişafına mühüm diqqət ayırır, həm də ordu quruculuğuna. Təəcüblü deyil ki, biz Vətən müharibəsindən qalib çıxdıq.Bizim gənclər nəyə qadir olduqlarını Qarabağda göstərdilər. Buna görə yeni nəslin vətənpərvərlik ruhunda tərbiyyə edilməsi çox vacibdir.

Daha sonra çıxış edən digər natiqlər “Şahin" hərbi-idman oyununun yeni nəslin təlim-tərbiyyəsi üçün əhəmiyyətindən danışdılar.Sonda “Şahin” hərbi-idman oyunu üzrə Yasamal rayonunun qalibləri mükafatlandırıldı.

Keçidlər