Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan-Tacikistan mədəni əlaqələri nəsildən - nəsilə

22 iyun 2022 | 14:29

Bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində “Tacikistan Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soliyev, Türkiyə səfiri Cahit Bagçı, Gürcüstan səfiri Zurab Pataradze,Əfqanıstan səfiri Amanullah Ceyhun,Meksika səfiri Xuan Flores, diplomatik korpusun nümayəndələri, Yasamal rayon təhsil ocaqlarının, idarə və qurumlarının nümayəndələri və mədəniyyət xadimləri iştirak etdilər.

Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəsti qoydular və Ümimilli Liderin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış oldular.

Daha sonra tədbir iştirakçılarını salamlayan Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soliyev bildirdi ki, bu cür mədəniyyət tədbirləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət edir. Tacikistan səfiri tədbirə verdiyi dəstəyə görə Yasamal Rayon İcra Hakimiyyətinə xüsusi təşəkkürünü bildirdi.Qeyd olundu ki, Azərbaycan və Tacikistan arasında mədəniyyət sahəsində əlaqələr qədim dövrlərə gedib çıxır.

Daha sonra sərgi təşkilatçıları nümayş etdirilən rəsmələr barədə qonaqlara ətraflı məlumat verdilər.Bildirildi ki, rəsmlər tacik xalqının adət və ənənələrini, yaşayış tərzini və təbiət mənzərələrini əks etidirir.

Keçidlər