Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Polis Günü qeyd edildi

02 iyul 2022 | 15:49

İyulun 2-də Azərbaycan Polisi Günü  münasibətilə Yasamal rayon Polis İdarəsində tədbir keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin rəhbərliyi və əməkdaşları, həmçinin Yasamal rayon hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri iştirak etdilər.

Tədbiri rayon Polis İdarəsinin rəisi polkovnik Cəmil Əmirov açaraq bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət edir, ictimai asayişin mühafizəsi, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri peşəkarlıqla yerinə yetirir.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon Polis İdarəsinin rəhbərliyini və əməkdaşlarını təbrik etdi. Qeyd olundu ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları uzun tarixi bir yol keçib. 90-cı illərin əvvələrində ölkədə xaos və hərc-mərclik baş qaldırdığı bir vaxtda yalnız Ulu Öndərin müdaxiləsi ilə Azərbaycanda sabitlik bərpa olundu və Azərbaycanda qanunun aliliyi təmin edildi. Cəmiyyətdə sabitliyin təmin olunmasında DİN mühüm rol oynadı. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Polis ictimai-siyasi sabitliyin rəmzinə çevrildi.Bu gün Azərbaycan polisi Azərbaycan dövlətinin mühüm dayagıdır.

Birinci Qarabağ və Vətən  müharibəsi zamanı çoxlu sayda polisimiz şəhid oldu. Polis əməkdaşları əsl qəhrəmanlıq göstərdi. 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmişdi.Tökülən qan yerdə qalmadı və Azərbaycan dövləti Zəfər qazandı.

Bildirildi ki, polis hər zaman Azərbaycan vətəndaşını müdafiə edib. Elə pandemiya dövründə, karantin rejiminin ən sərt vaxtlarında ağır yük məhz polisin üzərinə düşdü.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.

Keçidlər