Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda məşğulluğa dair tədbir keçirilib

05 oktyabr 2022 | 17:46

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Yasamal rayon Heydər Əliyev Mərkəzində  Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı ilə birlikdə işəgötürənlərlə görüş keçirilmişdir. Görüşdə Yasamal RİH-in vəzifəli şəxsləri, sahibkarlar və digər müvafiq qurum və idarələrin əməkdaşları iştirak etmişlər.

Tədbirdə bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi məşğulluq siyasətinin passiv mərhələdən daha intensiv mərhələyə keçidini təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.

Keçidlər