Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda iftar süfrəsi açılıb

15 aprel 2022 | 12:37

Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlər üçün iftar sürfəsi açılıb.Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun iştirak etdiyi iftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər,millət vəkilləri, rəhbər şəxslər,ali təhsil ocaqlarının rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbirdə Qurandan surələr oxundu.İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edildi, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olundu.  İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər