Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda iftar süfrəsi açılıb

14 aprel 2023 | 21:57

Ramazan ayı münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Təzə Pir məscidində iftar süfrəsi açılıb. Mərasimdə şəhid ailələri, Vətən müharibəsinin qaziləri, aztəminatlı ailələr, dini qurumların təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin xatirəsi yad edilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Sənayə Korporasiyasının baş direktoru Kamran Nəbizadə,YAP Yasamal rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri,ali məktəb rektorları və digər şəxslər də iştirak ediblər.

Mərasimdə Ramazan ayının fəzilətlərindən, orucluğun islam ayinləri sırasında əhəmiyyəti və rolundan məlumat verildi. 

Keçidlər