Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda idman yarışlarının qalibləri mükafatlandırılıb

04 may 2022 | 14:40

Bu gün Yasamal rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümününə həsr edilmiş ali və orta ixtisas təhsil müəssisələri arasında keçirilmiş idman yarışları qaliblərinin mükafatlandırılması keçirilib. Bakı Dövlət Universitetinin idman kompleksində baş tutan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis Sədrinin müavini Adil Əliyev, BDU-nun rektoru Elçin Babayev,millət vəkilləri Elnur Allahverdiyev və Ülvi Quliyev,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, MOK vitse-prezidenti Zemfira Meftahətdinova, Bakı şəhər Gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, Gənclər və idman nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Yasamal rayon Gənclər və idman idarəsinin rəisi İlham Səfərov,yarış iştirakçıları və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Tədbirdə BDU-nun futbol komandasının qalib olduğu final oyunu da maraqla izlənldi.Tədbirdə voleybol, dama, şahmat, mini futbol, basketbol və digər yarışlar üzrə qaliblər mükafatlandırıldı.Tədbir Yasamal RİH, YAP Yasamal rayon təşkilatı və Yasamal Gənclər və İdman idarəsi tərəfindən təşkil olunmuşdu.

Tədbirdə qeyd olundu ki, gənclər və idman siyasəti Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib və bu gün də dövlət siyasətinin ayrılmaz tərkib hissədir. Azərbaycan rəhbərliyi bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu sahənin inkişafı ən yüksək səviyyədə dəstəklənir. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müasir gənclər və idman siyasətinin əsası qoyuldu. Azərbaycan idmançıları Ulu Öndərin diqqət və qayğısını öz üzərində hər zaman hiss etmişlər. Bu gün bu işi Prezident İlham Əliyev uğurlu şəkildə davam etdirir. Bu gün Azərbaycanda müxtəlif beynəlxalq idman yarışları keçirilir və Azərbaycan idmançıları müxtəlif beynəlxalq idman yarışlarında böyük uğur qazanır.

Keçidlər