Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda ekoaksiya keçirilib

30 iyul 2023 | 11:15

Bu gün Yasamal rayonunda “Nargiz” jurnalının təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ekoloji aksiya keçirilib. Ekofəalların və ASAN könüllülərin iştirak etidyi aksiyada rayon ərazisində müxtəlif məişət tullantıları toplanıb, çeşidlənib və nəql edilib.Daha sonra bu tullantılardan müxtəlif ekspozisiyalar hazırlanacaq və onlar ictimaiyyət üçün xüsusi sərgidə nümayiş etdiriləcək.

Keçirilən aksiyanı çox yüksək qiymətləndirən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov təşəbbüs müəlliflərinə və iştirakçılara minnətdarlığını ifadə etdi.İcra başçısı bildirdi ki, ətraf mühitin mühafizəsi və ekolji baxımından təmiz saxlanılması yalnız müvafiq qurumların deyil, hər bir vətəndaşın borcu olmalıdır. Bu baxımdan bu aksiya ictimaiyyət arasında təbliğat nəzərindən də mühüm əhəmiyyət daşıyır.Bildirildi ki, bu gün Bakı şəhəri dünyanın ən təmiz və baxımlı şəhərlərindən biridir və biz bununla fəxr edirik.

Sonda bu cür aksiyaların mütəmadi qaydada paytaxtın digər ərazilərində də keçirilməsinin vacibliyi vurğulandı.

Keçidlər