Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Beynəlxalq Biznes Festivalı” davam edir

31 may 2023 | 16:40

Paytaxtın Hüseyn Cavid parkında öz işini davam etdirən “Beynəlxalq Biznes Festivalı”nın işi ilə tanış olmaq məqsədilə bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, millət vəkili Vüqar İsgəndərov və digər rəsmi şəxslər sərgiyə baş çəkdilər. Burada onlar iştirakçı şirkətlərin məhsul və xidmətləri ilə birbaşa tanış oldular, biznes nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirdilər.

Yerli və beynəlxalq şirkətlərin xidmət və məhsullarının təqdimatı üçün sərgi ərazisində aqro, qida və xidmət sahələrini təmsil edən stendlər nümayiş etdirilir. Müstəqilliyimiz bərpa edildikdən sonra hər zaman Azərbaycanda sahibkarlığın, biznesin inkişafına dəstək olmuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu tədbirin əsas məqsədi ölkədə yerli sahibkarların və xarici iş adamlarının öz məhsul və xidmətlərinin daha geniş kütlələrə tanıtması, eləcə də müxtəlif fürsətlərdən yararlanma imkanlarının təmin edilməsidir. “Beynəlxalq Biznes Festivalı” öz işini davam etdirir.

Keçidlər