Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Anım Günündə şəhidlərimiz yad edilb

27 sentyabr 2022 | 17:53

27 sentyabr Anım Günü  Yasamal rayonunda geniş şəkildə qeyd edilib.Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.Öncə ictimaiyyət nümayəndələri Anım Günü çərçivəsində Yasamal rayonunda agacəkmə aksiyası keçiriblər. Rayon rəhbərliyi və şəhid ailələrinin iştirak etdiyi ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.

Daha sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri,YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.  Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Daha sonra saat 12.00-da ümumölkə aksiyası çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Mərasim zamanı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Daha sonra Yasamal rayonu ictiamiyyətinin nümayəndələri Təzə Pir məscidində ehsan mərasimində bir araya gəliblər.Tədbirdə şəhidlərin ruhuna dualar oxunub,  onların əziz xatirəsi ehtiramla yad edilib.

Keçidlər