Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilir

26 aprel 2022 | 13:23

Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə Zərifə xanım Əliyevanın və Ulu Öndər Heydər Əliyevin xatirələri bir dəqiqəlik sükutla yad edildi.Daha sonra çıxış edən paytaxtın müxtəlif elm və təhsil ocaqlarının işçiləri, alim və ziyalılar bildirdilər ki, Zərifə xanım həm Azərbaycanda, həm də ondan kənarda tanınan alim və ictimai xadim olub. Akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların hörmətini qazanıb.Qeyd edildi ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və fundamental olmuşdur. İstedadlı alim kimi Zərifə xanım oftalmologiyanın aktual mövzularına həsr edilmiş  tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Zərifə Əliyeva müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olub. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. Sadəliyi və təvazökarlığı ilə hər kəsə nümunə olan Zərifə xanım Əliyeva xeyirxah və nəcib bir insan kimi cəmiyyətdə özünə əbədi ehtiram qazanıb.

Tədbirdə Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş etdirildi.

Keçidlər