Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 8 mart Beynəlxalq qadınlar günü qeyd edilib

07 mart 2023 | 19:33

8 mart Beynəlxalq qadınlar günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətində rayonun xanım fəallarının toplantısı keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 8 mart Beynəlxalq qadınlar gününün tarixindən və müasir dünyada qadınların rolundan söhbət açdı.

 Daha sonra söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova verildi. İcra başçısı xanımları təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və qadın səadəti arzuladı. İcra Hakimiyyətinin başçısı xanımların Azərbaycan cəmiyyətində oynadığı rola toxundu.Öz çıxışında Elşad Həsənov şəhid anaları və şəhid həyat yoldaşlarına üz tutaraq qeyd etdi ki, 2020-ci ilin Vətən müharibəsi zamanı biz torpaqlarımızı azad etdik və bu nailiyyətə məhz şəhid anaları  sayəsində nail olduq, çünki o cəsur ogulları analar dünyaya gətirib, böyüdüb və tərbiyyə ediblər. Bildirildi ki, bizim şəhid və qaziləri məhz analar vətənpərvər ruhda böyüdüb. Şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına ən səmimi arzular çatdırıldı.

Sonda qeyd olundu ki, müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Onlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid anası Başxanım Abbasova və digər natiqlər qadınların müasir cəmiyyətdə mövqeyindən, onların milli-mənəvi dəyərlərin qorunmasındakı əvəzsiz rolundan danışdılar.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup qadına fəxri fərmanlar təqdim edildi və xatirə fotosu çəkildi.

Keçidlər