Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 20 yanvar şəhidləri yad edilib

19 yanvar 2023 | 15:27

Yasamal rayonunda 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Mərasimin əvvəlində 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimində Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar hadisələrindən danışıldı.Bildirildi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun  Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktına Ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş hüquqi qiymətin önəmi çox böyükdür.Məhz Ulu Öndərin o zaman bu faciəyə kəskin və açıq etirazı xalqın yaddaşında həkk olunmuşdu.Anım mərasimində bədii kompazisiya nümayiş olundu.Tədbir 20 yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşdı. 

Keçidlər