Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu ictimaiyyəti 28 May Müstəqillik gününü qeyd edir

26 may 2022 | 13:13

Yasamal rayonu ictimaiyyəti 28 May Müstəqillik gününü təntənəli şəkildə qeyd edib.Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev və Anar İsgəndərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayonu ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən  sonra 28 May Müstəqillik gününə həsr olunmuş filmin nümayişi oldu.

Tədbirdə məruzə ilə çıxış edən millət vəkili Anar İsgəndərov bildirdi ki, 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə əbədi həkk olunub. Qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışıyla ölkəmizdə bütün sahələrdə əsl dönüş yarandı. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər yaradıb.Bu gün isə biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müstəqilliyi qoruyur və inkişaf etdiririk.

Tədbir İncəsənət gimnaziyası tələbələrinin ifasında bədii hissə ilə başa çatdı.

Keçidlər