Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon sakinləri İcra Hakimiyyətində qəbul edilib

10 oktyabr 2022 | 18:50

Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün qurumun inzibati binasında rayon sakinlərini qəbul edib. Qəbulda İcra Başçısı aparatının məsul şəxsləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onları üzləşdikləri problem və çətinliklər bərədə ətraflı məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal sakinləri məşgulluq, vaxtilə məcburi köçkünlər tərəfindən zəbt edilən mənzillərin taleyi, Vətən müharibəsi qazilərinin qeydiyyatı və sosial müdafiəsi  və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə baglı aparat əməkdaşlarına müxtəlif göstərişlər verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla həftəlik görüş və qəbulları davam edir.

Keçidlər