Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon sakinləri İcra Hakimiyyətində qəbul edilib

04 iyul 2022 | 16:59

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bir qrup rayon sakini qəbul edib. Qəbulu giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, İcra Hakimiyyətinin qapıları hər bir sakinin üzünə açıqdır və həftədə iki dəfə vətəndaşlarla görüş keçirilir. Görüşdə İcra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul şəxslər iştirak etdilər. Daha sonra söz alan Yasamal sakinləri öz problemləri barədə ətraflı söz açdılar. Vətəndaşlar qəzalı evlərin təmiri,məşğulluq, tikinti şirkətləri ilə vətəndaşlar arasında mübahisələr,əmlak məsələləri, sakinlərin ictimai iaşə obyektlərin fəaliyyətindən şikayətləri, tikinti normaları  və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov üç saata yaxın davam edən qəbulda sakinləri dinlədi və mübahisəli məslələrlə baglı ərazidə baxışların keçirilməsinə dair göstəriş verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bir sıra sosial səciyyəli problemlərin dərhal həllinə dair tapşırıq verdi.Digər məsələlər isə nəzarətə götürüldü.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

Keçidlər