Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti Tibb İşçilərinin Peşə Bayramını qeyd edir

16 iyun 2022 | 14:57

Yasamal rayon ictimaiyyəti 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edir. Bununla əlaqədar keçirilən tədbirdə son illər Azərbaycanın səhiyyə sisteminin keçdiyi inkişaf yoluna nəzər salınıb.Tədbirdə çıxış edən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Azər İsmayılov,TƏBİB İdarə Heytəinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, millət vəkilləri Elnur Allahverdiyev, İlham Məmmədov və digər natiqlər son illər Azərbaycan səhiyyəsinin inkişaf istiqamətlərindən danışdılar və qarşıda duran vəzifələrdən söhbət açdılar.

Daha sonra nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü təsis edilmişdi və bu günün tarixi bir kökü var. Belə ki, 1918-ci ilin 17 iyununda Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Səhiyyə Nazirliyi yaradılmışdı. Elşad Həsənov bildirdi ki, son zamanlar Azərbaycan  tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və kadr islahatları  bu sahəni yeni səviyyəyə çıxarmağa imkan yaradıb. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı səhiyyə sisteminə dəstək siyasətinin nəticəsidir. Eyni zamanda bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə yeni tibb ocaqları istifadəyə verilir, həmçinin diabetli, talassemiyalı xəstələrə qayğı göstərilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  vurğuladı ki, Azərbaycan səhiyyəsi barədə danışarkən iki məqama - COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə toxunmaq lazımdır. İki illik pandemiya dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək böyük fədakarlıq göstəriblər. Son vaxtlar infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb və artıq heçə enmək üzrədir. Virusa qarşı peyvəndləmə prosesi sahəsində isə Azərbaycan dünyada ən yaxşı göstəricilərdən birinə malikdir.Qeyd olundu ki, pandemiya dövründə Yasamal rayonunda ilk səyyar peyvənd məntəqələri fəaliyyətə başlamışdı.Cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə ölkəmizə peyvənd dozaları gətirildi və əhali pulsuz olaraq peyvənd edildi. Birgə səylərlə ölkəmiz Covida qalib gəldi və böyük sınaqdan uğurla çıxdı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki Vətən müharibəsində Azərbaycanın tibb işçiləri böyük fədakarlıq göstərdilər.Müharibədə yaralanan əsgər və zabitlərimizə cəsarətlə yardım etdilər. Tibb işçilərimiz arasında şəhid olanlar oldu. Onların və bütün şəhidlərimizin qanı yerdə qalmadı və biz bu haqq müharibəsindən qalib çıxdıq.

Tədbirin sonunda Yasamal rayonun tibb işçilərinə səmərəli fəaliyyətlərinə görə fəxri diplomlar təqdim olundu.

Keçidlər